Norveçin "Volerenqa" klubunun "Qarabağ"ın futbolçusu İbrahima Vadjini transfer etmək istəsə də hələlik bu, baş tutmur.

Rekord.az xəbər verir ki, problem Norveç klubu ilə bağlıdır.

Belə ki, norveçlilər aparıcı futbolçularından birini satmağı planlaşdırır. Həmin satış baş tutacağı təqdirdə əldə olunan vəsaitlə Vadjini almağı düşünürlər. Lakin satış hələlik baş tutmadığı üçün Vadjini transferi də düyünə düşüb.

Qeyd edək ki, seneqallı futbolçu ötən yay Ağdam klubu ilə 3 illik müqavilə bağlayıb