Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə 29 oktyabr - 29 noyabr 2023-cü il tarixlərində Şəki Olimpiya İdman Kompleksində "Üzməyi öyrənək" layihəsi keçirilmişdir.

Rekord.az xəbər verir ki, 3 dekabr 2023-cü il tarixində iştirakçılar arasında seleksiya məqsədli yarış keçirilmiş, qaliblər Şəki - Zaqatala Regional Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif edimişdir.

Layihə boyu xüsusi qabiliyyət nümayiş etdirmiş potensiallı iştirakçılar kompleksin peşəkar üzgüçülük komandasına cəlb edilmişdir.