"Sabah"la oyunda Rafael Utziqin ehtiyatda qalması bir qədər gözləniləz oldu.

Rekord.az xəbər verir ki, ötən tur Gəncədə "Kəpəz"lə matçda da ehtiyatda qalan sözügedən futbolçu ikincic hissədə meydançaya çıxaraq, oyunun "Qəbələ"nin xeyirinə dəyişməsində böyük rol oynamışdı.

Bu mənada onun "Sabah"la oyunda ehtiyatda qalması təəccüblü oldu. Aldığımız məlumata görə, buna səbəb matç öncəsi futbolçunun xəstələnməsi olub. Bu mənada oyuna tam hazır olmadığı üçün baş məşqçi Elmar Baxşıyev futbolçunu ehtiyatda saxlayıb.