
Uşaq liqasında biabırçılıq: Yerli komanda qonaq komandaya hücum çəkdi VİDEO
- 02 Yan 2023 11:00
- 667
AFFA-nın bayrağı altında keçirilən U-14 liqasında biabırçı olay yaşanıb.
Rekord.az xəbər verir ki, olay "Lion" - "Sumqayıt" matçında yaşanıb.
Belə ki, epizodların birində meydança sahibləri qol vurub. Daha sonra qonaqların topu oyuna tez daxil etməsi üçün tora daxil olan topu çıxardıb mərkəzə aparmaq istəyiblər. Bu zaman "Lion" futbolçuları ilə "Sumqayıt" futbolçularından biri arasında mübahisə başlayıb və mübahisə davaya çevirilib. Bu zaman kənarda olan "Lion" komandasının məşqçilər heyəti, texniki işçilər və arxasında "Lion" yazılan geyimdə olan bir sıra insan meydançaya daxil olaraq olay yerinə qaçıb. İddialara görə məhz bu qarşıdurma zamanı "Lion"un məşqçiləri "Sumqayıt"ın azyaşlı futbolçularına qarşı fiziki təzyiq göstərib, onları vurub. Dava-dalaşdan görüntüləri təqdim edirik. Yəqin ki, AFFA İntizam Komitəsi olayla bağlı lazımı qərarları verəcək.