Bu gün qadın voleybolçuların Yüksək Liqasında IV turun növbəti oyunu keçirilib. "Rekord.az" xəbər verir ki, “Murov Az Terminal” və UNEC komandaları qarşılaşıblar.

“Murov Az Terminal” VK-nın idman zalında baş tutan oyun qonaqların üstünlüyü ilə yekunlaşıb. Meydan sahibi komanda bir set qazansa da UNEC təşəbbüsü əldən verməyib və görüşdən 3:1 hesabı ilə qalib ayrılıb. 


Yüksək Liqa (qadınlar)

IV tur 

   “Murov Az Terminal” - UNEC 1:3 (24:26, 25:18, 19:25, 17:25)