
"UNEC" bir neçə legionerin keçidini rəsmiləşdirib
- 10:59
- 28
Qadın voleybolçulardan ibarət "UNEC" klubu heyətini gücləndirməkdə davam edir. "Rekord.az" xəbər verir ki, komanda bir neçə legioner oyunçu ilə razılığa gəlib.
Növbəti mövsümdən mükafatlar uğrunda mübarizə aparmağı hədəfləyən "UNEC" amerikalı blokçu Paige Melody, venesuelalı hücumçu Maylin Belisario, belaruslu blokçu Vera Klimoviç, bolqarıstanlı toppaylayıcı Andrea Tsvetanova, amerikalı hücumçu Lauren Clark ilə müqavilə imzalayıb. Adları çəkilən oyunçular ən azı bir il Bakı klubunun uğurları üçün çalışacaqlar.
Bundan əlavə, komanda yerli oyunçulardan hücumçumuz Marqarita Stepanenko və libero Leyla Parşkova ilə də razılığa gəlib. Baş məşqçi italyan Giovanni Torchio, fitnes məşqçi isə Marzi Giuliodur.