Ukrayna millisinin və Donetsk “Şaxtyor”unun müdafiəçisi Yefim Konoplya karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.


Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçunun yeni klubu Münhenqladbax “Borussiya”sı olub.


Tərəflər müddəti 2029-cu ilin ortalarına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.


Ukraynalı müdafiəçi “Şaxtyor”un yetirməsidir. O, Ukrayna millisinin heyətində keçirdiyi 27 oyunda 2 qolla yadda qalıb.


Münhenqladbax təmsilçisi ötən mövsüm Bundesliqanı 38 xalla turnir cədvəlinin 12-ci pilləsində başa vurub.