
Ukraynada işləyən məhşur: "Matçlar yarımçıq dayandırılır, tribunalar boşdur"
- 14 İyn 2023 23:00
- 351
Kiyev "Dinamo"nun baş məşqçisi Mirça Luçesku bu klubdakı perspektivi haqda danışıb.
Rekord.az xəbər verir ki, İtaliya mətbuatına müsahibəsində o, bunları deyib: "İnsanlar hansı şərtlər altında oynadığımızı unudurlar. Matçlar yarımçıq dayandırılır, tribunalar boşdur. Bir sözlə, əsəb-stress. Bu cür əsəb və stress altında işləmək üçün futbolu hədsis sevməlisən. "Dinamo" ilə müqaviləm var. Gələcək necə olacaq, bu da yaxın günlərdə məlum olacaq".
Luçesku "Əh Nəsr"ə keçidi və Ronaldo ilə işləmək perspektivi haqda da sualı cavablandırıb: "Əl Nəsr"in təklifindən imtina etməmişəm. Çünki həmin təklif, ümumiyyətlə, olmayıb. Amma təklif olsaydı belə, qəbul etməzdim. Ronalda ilə işləyə bilərəmmi? Siz onun qalacağına əminsiniz? Çünki komanda uğur qazana bilmirsə, Ronaldo buna dözə bilməz".