
Ukrayna səfiri Rusiyanın FİFA-dan kənarlaşdırılmasını istədi
- 01 Apr 2022 16:21
- 450
Ukraynanın Qətərdəki səfiri Andrey Kuzmenko Rusiya Futbol İttifaqının FİFA-nın üzvlüyündən çıxarılmasını istəyib.
Rekord.az ABC-yə istinadən xəbər verir ki, o, bu barədə qurumun 72-ci konqresində fikir irəli sürüb.Kuzmenko deyib: "Düşünürəm ki, Rusiya Futbol İttifaqı FİFA-dan kənarlaşdırılmalıdır".
Daha əvvəl Rusiyanın FİFA-ya üzvlüyünün çıxarılması və ya dayandırılması məsələsinin səsverməyə çıxarılması ehtimalı olsa da, konqresdə bu məsələ qaldırılmayıb.
Xatırladaq ki, Pakistan, Zimbabve və Keniyanın FİFA-ya üzvlüyü dayandırılıb.