Ukrayna millisinin üzvü yenidən "Gəncə"də
- 11:46
- 42
Qadın voleybolçulardan ibarət "Gəncə" klubu daha bir legioneri heyətinə qatıb. "Rekord.az" xəbər verir ki, komanda Ukrayna millisinin üzvü Olena Napalkova ilə yenidən razılığa gəlib.
28 yaşlı oyunqurucu 2024–2025-ci illər mövsümündə "Gəncə"nin heyətində çıxış edib və Azərbaycan kubokunun gümüş medalını qazanıb. Növbəti mövsüm üçün yenidən Yüksək Liqada çıxış edəcək O.Napalkova ən azı bir il də Gəncə təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, O.Napalkova bundan əvvəl ölkəmizlə yanaşı, Ukrayna, Polşa, Finlandiya və Kiprdə çıxış edib. Onun "Gəncə"dən ayrıldıqdan sonrakı komandası Finlandiyanın "LP Viesti" klubu olub.