Ukrayna milli komandasının və “Gent”in futbolçusu Roman Yaremçuk karyerasını Portuqaliyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu “Benfika”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaremçukla  2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Yaremçuk “Gent”də 152 oyunda 61 qol vurub. Hücumçu Ukrayna yığmasında 29 oyunda 10 dəfə fərqlənib.