
Ukrayna millisi “Borussiya” ilə qarşılaşacaq
- 29 Apr 2022 18:00
- 457
Futbol üzrə Ukrayna milli komandasının yoxlama görüşlərindəki ilk rəqibi bəlli olub.
Rekord.az xəbər verir ki, Aleksandr Petrakovun baş məşqçi olduğu komanda dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
Almaniyada baş tutacaq qarşılaşma mayın 11-də keçiriləcək.
Ukrayna millisi mayın 31-də və ya iyunun 1-də pley-off mərhələsinin yarımfinalında Şotlandiya yığması ilə üz-üzə gələcək. Komanda qələbə qazanacağı təqdirdə, iyunun 5-də Uelslə görüşəcək. Məhz həmin finalda qalib gələcək tərəf DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.