DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də, Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.


12 oktyabr

 

Ukrayna milli komandası

19:30. Mətbuat konfransı

20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan milli komandası

21:30. Mətbuat konfransı

22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq


Tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.