Xəbər verdiyimiz kimi, tarixində ilk dəfə avrokuboklarda oynayacaq “Sumqayıt” ev oyunlarını keçirmək üçün doğma “Kapital Bank Arena”nı təqdim edib.

Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, Avropanın ali futbol qurumu arenada müəyyən nöqsanlar aşkarlayıb və ilkin mərhələdə stadionu qəbul etməyib.

Bununla belə, nöqsanları aradan qaldırmaq üçün “Sumqayıt”a 1 həftə vaxt verilib. Hər şey qaydasına salınandan sonra arenanın fotoları çəkilərək yenidən UEFA-ya göndəriləcək.