UEFA-nın Qəbələ stadionu ilə bağlı qoyduğu daha bir tələb
- 29 Okt 2024 15:00
- 262
Məlum olduğu kimi, millimiz Millətlər Liqası çərçivəsind gələn ay Estoniya ilə ev matçını Qəbələdə keçirəcək.
Rekord.az xəbər verir ki, oyunun baş tutması üçün bəzi tələblər də yerinə yetirilməlidir.
Hansı ki. UEFA tərəfindən irəli sürülüb. Bunlar soyunub-geyinmə otaqlarına əl gəzdirilməsindən tutmuş, televiziya yayınının maneəsiz təşkilinə kimi bir sıra məsələlərdən gedir. Əsas tələblərdən biri də media sektoru ilə bağlıdır. Belə ki, Qəbələ stadionu uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, burada media sektoru yoxdur. Jurnalistlər oyunları medoa otağının eyvanından seyr edirlər. Yeni tələbdən sonra "Qəbələ" rəhbərliyi media sektor məsələsini də həll etməlidir.