
UEFA İspaniya klubunu avrokuboklardan kənarlaşdırdı
- 24 İyn 2023 13:00
- 331
İspaniyanın "Osasuna" klubu 2023/2024 mövsümündə Avropa Konfrans Liqasında iştirak hüququnu itirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avropa futbol qurumunun müfəttişləri 2013/2014 mövsümündə danışılmış oyunlarla bağlı araşdırma aparıldığı üçün komandanın avrokuboklardan çıxarılmasını tövsiyə ediblər.
İddiaya görə, "Betis" həmin mövsüm İspaniya çempionatında "Real Valyadolid" və "Osasuna"ya uduzmalı, bunun qarşılığında 600 000 avro dəyərində iki tranş almalı idi.
Klub açıqlamasında UEFA müfəttişlərinin hökmü ilə razılaşmadığını və Avropanın üçüncü ən vacib klub turnirində oynamaq hüquqlarını müdafiə etmək üçün apellyasiya şikayəti verəcəyini bildirib.
UEFA qərarını qüvvədə saxlasa, "Osasuna"nın Konfrans Liqasındakı yerini "Atletik" tutacaq.