UEFA növbəti dəfə Azərbaycan klublarına ödəniş edib.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, maliyyə vəsaiti UEFA Millətlər Liqası turnirinin 2022/2023-cü illər mövsümündə futbolçuları mili komandaların heyətində çıxış etmiş klublara verilib.

Avropa futbol qurumundan ayrılmış məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə müvafiq aşağıdakı klubların bank hesablarına köçürülüb:

“Qarabağ” – 215 881 avro
“Neftçi” – 73 180 avro
“Sabah” – 51 226 avro
“Zirə” – 43 908 avro
“Sumqayıt” – 40 249 avro
“Qəbələ” – 18 295 avro
“Şamaxı” – 10 977 avro
“Səbail” – 7318 avro