“Üçüncü mərhələdə gücümüzə qənaət etdik”
- 15:20
- 29
Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsində güclərinə qənaət etdiklərini söyləyib.
Rekord.az xəbər verir ki, idmançı bu barədə jurnalistlərə açıqlama verib.
O, üçüncü mərhələdə qalib gəldiyi üçün emosiyalarının yaxşı olduğunu sözlərinə əlavə edib:
"Emosiyalarımız yaxşıdır. Əsas məqsədlərimizdən biri liderliyi qorumaq idi. Qarşıda daha iki mərhələ var. Bir az qənaət rejimində işlədik. Əsas istəyimiz odur ki, başqa komandalar daha çox işləsinlər. Buna da nail olduq, gücümüzə qənaət etdik. Əsas gücümüzü sərf etsək, hamıya çox çətin olacaq (gülür)".
Velosipedçi növbəti iki mərhələ üçün planlarının olduğunu vurğulayıb:
"Bu gün bizə müəyyən təlimatlar veriləcək".
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi Xankəndi şəhərində baş tutacaq.