
U-21-in oyunu canlı yayımlanacaq
- 22 Fev 2022 21:00
- 795
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Estoniya yığmasına qarşı keçirəcəyi oyunun başlama vaxtı məlum olub.
Rekord.az xəbər verir ki, martın 25-də Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.
Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.