Voleybol üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək. "Rekord.az" xəbər verir ki, voleybolçularımız bu gün yarışa ev sahibliyi edən İspaniyaya yola düşüblər.

Komandamız 27–29 mart tarixlərində İspaniyanın Kadis şəhərində keçiriləcək turnirdə C qrupunda mübarizə aparacaq. Millimizin rəqibləri meydan sahibi ilə yanaşı Estoniya və Niderland yığmaları olacaq.

Yığmamız yarışda baş məşqçi Şahin Çatmanın rəhbərliyi altında təmsil olunacaq.

Qeyd edək ki, AVRO-2026-nın II təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrup qalibləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.