
U-16 millimiz Belarus və Rusiya komandalarına məğlub oldu
- 12:24
- 59
Voleybolçu qızlardan ibarət U-16 millimiz beynəlxalq yarışda iştirak edib. "Rekord.az" xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan komandamız bu ölkədə Böyük Vətən müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş turnirdə mübarizə aparıblar.
Yarışda komandamızla yanaşı, Belarusun U-16 və U-17, Rusiyanın isə U-16 yığma komandları iştirak ediblər.
Şahin Çatmanın rəhbərlik etdiyi millimiz bütün rəqiblərinə 0:3 hesabı ilə məğlub olaraq sonuncu yeri tutub. Komandamızın üzvü Dilarə Ağayeva yarışda fərqlənən voleybolçular sırasında yer alıb və mükafata layiq görülüb.