Azərbaycanın qızlardan ibarət U-15 millisi III MDB Oyunlarına qələbə ilə başlayıb. "Rekord.az" xəbər verir ki, komandamız ilk görüşdə Tacikistan yığmasını 3:0 hesabı ilə məğlub edib. 

Qarşılaşmadan sonra millimizin kapitanı Çinarə Rəhimova qələbə ilə bağlı fikirlərini bölüşüb. 

"İlk oyunda qələbə qazandığımız üçün şadam. Yarışa yaxşı hazırlaşmışıq. Bu qarşılaşmada da məşqçilərin tapşırıqlarına əməl etməyə çalışdıq. Azarkeşlər də bizi çox yaxşı dəstəklədilər. 

Kapitan kimi mən də çox səhv etməməyə və meydanda komanda yoldaşlarıma dəstək olmağa çalışdım. 

Hər bir komanda kimi bizim də hədəfimiz çempionluqdur. Bundan sonrakı oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".