
Türkiyəli futbolçu Rusiyada ən yaxşı seçildi
- 25 Mar 2022 17:20
- 527
Rusiya Premyer Liqasında fevral və mart aylarının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Rekord.az Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, ÇSKA-nın türkiyəli yarımmüdafiəçisi Yusuf Yazıcıdır.
Türkiyə millisinin üzvü azarkeşlər və futbol mütəxəssislərinin seçimində 1-ci yeri tutub.
Yazıcı bu dövr ərzində 4 oyunda 6 qol vurub.