Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Ozan Tufanla müqavilə yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Türkiyə yığmasının üzvü ilə klubu arasındakı yeni müqavilənin müddəti 3+1 illikdi. Amma yeni anlaşma növbəti mövsümdən etibarən qüvvəyə minəcək. Əvvəlki müqavilənin müddəti 2020-ci ilin yayında başa çatacaq.

“Bursaspor”un yetirməsi olan Ozan Tufan, “Fənərbaxça”da 2015-ci ildən çıxış edir. O, bu ilin əvvəlini “Alanyaspor”da icarədə keçirib. Türkiyə millisində 50-yə yaxın oyun keçirən yarımmüdafiəçi 5 qol müəllifi olub.