Türkiyə millisinin sabiq üzvü Gökhan Gönül saxlanılıb.


Rekord.az xəbər verir ki, veteran müdafiəçi səhm bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə başladılan istintaq çərçivəsində tutulub. Bu barədə yerli mətbuat məlumat yayıb.


Əməliyyat çərçivəsində ümumilikdə 12 nəfər istintaqa cəlb olunub.


Qeyd edək ki, Gökhan Gönül karyerası ərzində "Gənclərbirliyi", "Fənərbaxça", "Beşiktaş" və "Rizespor"da çıxış edib. 40 yaşlı mütəxəssis Türkiyə U-21 millisində baş məşqçi, "Fənərbaxça"da isə köməkçi məşqçi kimi çalışıb.