Niderlandda təşkil olunmuş qadın voleybolçular arasında Avropa olimpiada təsnifat turnirinin qalibi bəlli olub. "Rekord.az" xəbər verir ki, yarışın qalibi adını qazanan və olimpiadaya vəsiqənin sahibi Türkiyə millisi olub.

Qonşu ölkənin əsas komandası finalda Almaniya ilə üz-üzə gəlib. Görüşün gərgin keçəcəyi gözlənilsə də, belə olmayıb. 3 hissə davam edən matçda Türkiyə quru hesablı qələbə qazamaqla bu il Tokioda keçiriləcək Olimpiya oyunlarında iştirak hüququ əldə edib.

Qeyd edək ki, Azərbaycan millisi də bu təsnifat turnirində iştirak edib. Yer aldığı qrupda keçirdiyi hər üç oyunda uduzan komandamız bu dəfə də olimpiadaya vəsiqədən əlini üzməli olub.