Voleybolçu kişilər arasında Qızıl Avropa Liqasına yekun vurulub. "Rekord.az" xəbər verir ki, yarışın qalibi adını Türkiyə seçməsi qazanıb.

Qonşu ölkənin yığma komandası finalda Ukrayna kollektivi ilə üz-üzə gəlib. Belçikada təşkil olunan həlledici matçda türkiyəli voleybolçu rəqiblərinə yalnız bir set verib. 4 hissə davam edən qarşılaşmada Türkiyə millisi 3:1 hesabı ilə qalib gələrək yarışın çempionu adını qazanıb. Ukrayna isə gümüş medalla kifayətlənməli olub. 

Turnirin bürünc medalına isə Estoniya sahib çıxıb. Komanda üçüncü yer uğrunda görüşdə Belçikanı 3:0 hesabı ilə məğlub edib. 

Qızıl Avropa Liqası

Final 

   Ukrayna - Türkiyə 1:3 (11:25, 20:25, 25:18, 21:25)

Üçüncü yer uğrunda oyun

   Belçika - Estoniya 0:3 (22:25, 19:25, 19:25)