
Türkiyə klubundan “Leypsiq”ə
- 16:00
- 41
Almaniyanın "Leypsiq" klubu "Göztəpə"nin (Türkiyə) hücumçusu Romulonu transfer edib.
Rekord.az xəbər verir ki, 23 yaşlı braziliyalı ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
"Transfermarkt" anlaşmanı 20 milyon avro qiymətləndirib.
Romulo 2024/25 mövsümündə 33 matçda 17 qol vurub və 10 məhsuldar ötürmə edib. O, 2024-cü ilin fevralında 2,5 milyon avroya “Atletiko Paranaense”dən (Braziliya) “Göztəpə”yə keçmişdi.