Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı
- 04 Dek 2025 20:40
- 120
"Kasımpaşa" yeni baş məşqçisini açıqlayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi yerli mütəxəssis Emre Belözoğlu ilə anlaşıb.
O, bu postda gürcüstanlı Şota Arveladzeni əvəzləyib.
Belözoğlu son olaraq ölkəsində "Antalyaspor"u çalışdırıb.
"Kasımpaşa" Super Liqada 14 turdan sonra 13 xalla 14-cü pillədə qərarlaşıb.