Türkiyə Futbol Federasiyasında (TFF) prezident seçkiləri baş tutub.

Rekord.az xəbər verir ki, hazırkı rəhbər Mehmet Büyükekşi yenidən quruma başçılıq edəcək.

Funksioner bu posta yeganə namizəd idi. 191 nəfərdən 169-u onun lehinə səs verib.

Qeyd edək ki, Mehmet Büyükekşi ötən ilin yayından TFF-nin prezidentidir.