"Turan"dan növbəti asan qələbə
- 08 Yan 2026 20:34
- 59
Qadın voleybolçular arasında ölkə çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, 8-ci tur çərçivəsində bir qarşılaşma Tovuzda, digəri isə Bakıda baş tutub.
Günün ilk görüşündə "Turan" klubu "AZERRAIL"i qonaq edib. Tovuz OİK-də təşkil olunan bu matçda meydan sahibləri çətinlik çəkmədən quru hesabla qalib gəliblər.
Növbəti oyun isə AVF-nin idman zalında "DH Volley" və UNEC klubları arasında olub. Gərginliyi ilə yadda qalan bu qarşılaşmada ---- hesabı ilə qələbə qazanıb.
Yüksək Liqa
8 yanvar
VIII tur
"Turan" - "AZERRAIL" 3:0 (25:8, 25:18, 25:19)
"DH Volley" - UNEC 2:3 (23:25, 25:23, 20:25, 25:22, 14:16)