“Turan Tovuz” Futbol Akademiyası yay seçimlərinə başlayır. 

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,   Tovuz şəhər stadionunda iyulun 1-də və 2-də olacaq seçim 2009, 2010, 2011-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. 

Seçimlərdə iştirak etmək istəyən futbolçular öncədən qeydiyyatdan keçməlidirlər.  Bunun üçün aşağıda göstərilən əlaqə nömrələrinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəxsiyətini təsdiq edən sənədi  gətirməlidirlər.

Tel: 055 255 44 32,  055 706 55 94
Email: [email protected]

Seçimlər 1 iyul tarixində, saat 16:00-da başlayacaq.