
“Turan Tovuz”un legioneri izlədi, komandası qalib gəldi
- 18 Noy 2022 18:15
- 419
Cənubi Afrika Respublikası (CAR) milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, CAR yığması Mozambiklə üz-üzə gəlib. Qarşılaşma cənubi afrikalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
CAR millisinin üzvü olan “Turan Tovuz”un futbolçusu Siyanda Xulu bu oyunun iştirakçısı olmayıb. Müdafiəçi sonadək ehtiyat oyunçular skamyasında əyləşib.