"Turan Tovuz"un aksiyasına böyük maraq: simvolik bilet aldı, 500 manat ödədi!
- 09 Fev 2023 11:38
- 576
Məlum olduğu kimi “Turan Tovuz” zəlzələdən əziyyət çəkən Türkiyəyə yardım məqsədi ilə aksiya başladıb. Belə ki, “Turan Tovuz” – “Kəpəz” oyununda bilet satışından əldə olunacaq gəlirin hamısı qardaş ölkəyə göndəriləcək.
Rekord.az xəbər verir ki, Tovuz təmsilçisinin başlatdığı aksiyaya böyük maraq var.
Tovuzdakı oyuna gələ bilməycək azarkeşlər bilet alaraq aksiyaya qoşulurlar. Tovuzlu azarkeşlərdən olan Sahib Musayev 1 ədəd simvolik bilet alaraq 500 manat ianə etməklə öz köməkliyini əsirgəməyib.
Qeyd edək ki, “Turan Tovuz” – “Kəpəz” oyunu 11 fevral tarixində keçiriləcək.