
"Turan Tovuz"dan xəbər çıxmadı, o da "Kəpəz"ə keçdi
- 24 İyn 2023 13:00
- 1030
Vurğun Hüseynovun "Sumqayıt"dan ayrılaraq "Kəpəz"ə keçməsi haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, çoxları Vurğunun doğma Tovuzun "Turan Tovuz"na qayıdacağını gözləsə də, o Gəncəyə gedəsi olub.
Əldə etdiyimiz məlumata görə, əslində 35 yaşlı müdafiəçi özü də "Turan Tovuz"da oynamaq istəyirdi. Lakin Tovuz təmsilçisindən heç bir təklif gəlmədiyindən o da qonşu Gəncə ilə anlaşmağı üstün tutub.