Vurğun Hüseynovun "Sumqayıt"dan ayrılaraq "Kəpəz"ə keçməsi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, çoxları Vurğunun doğma Tovuzun "Turan Tovuz"na qayıdacağını gözləsə də Vurğun Gəncəyə gedəsi olub. 

Əldə etdiyimiz məlumata görə, əslində 35 yaşlı müdafiəçi özü də "Turan Tovuz"da oynamaq istəyirdi. Lakin Tovuz təmsilçisindən heç bir təklif gəlmədiyindən o da qonşu Gəncə ilə anlaşmağı üstün tutub.