Azərbaycanda qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər görənlərə dəstək addımları davam edir. "Rekord.az" xəbər verir ki, bunlardan birinə də "Turan Tovuz" imza atıb.

 

Belə ki, klub rəhbərliyi "Qərb derbisinə biletini al, Türkiyəyə dəstək ol" layihəsini elan edib. Tovuzlular Premyer Liqanın XXII turunda 11 fevral tarixində keçiriləcək “Turan Tovuz” – “Kəpəz” oyununun satışa çıxarılan biletlərindən gələn gəlirin Türkiyəyə dəstək üçün göndəriləcəyini elan edib.

 

Bir biletin qiyməti 2 manatdır. Biletləri stadionun kassasından əldə etmək mümkündür.