“Turan Tovuz”dan “Kəpəz”lə heç-heçə
- 17:00
- 32
Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
Rekord.az xəbər verir ki, son günün ilk oyunu Yevlaxda baş tutub.
“Kəpəz” burada “Turan Tovuz”la qarşılaşıb. Qərb derbisini Tural Qurbanov idarə edib. Komandalar meydanı heç-heçə ilə tərk ediblər.
Son oyunda isə “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Görüşün baş hakimi Elçin Məsiyev olacaq.
Daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “Karvan-Yevlax”a qalib gəlibsə (2:1, “Sumqayıt” “Şamaxı”ya (0:1), “İmişli” “Sabah”a (0:5), “Zirə” “Qarabağ”a (1:3) uduzub.
Misli Premyer Liqası
24-cü tur
15 mart
“Kəpəz” – “Turan Tovuz” 1:1
Qollar: Rəhman Hacıyev, 55 – Joarlem Santos, 61.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
Yevlax şəhər stadionu. 15:00.
Kəpəz: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 33. Yusif İmanov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 97. Elxan Məmmədov, 57. Amur Yusifov.
Baş məşqçi: Azər Bağırov.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 5. Roderik Miller, 99. İbrahima Vadji, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.