“Turan Tovuz” futbolçusu Denis Marandiçi ilə müqavilənin müddəti uzadılıb.
Rekord.az xəbər verir ki, moldovalı müdafiəçi ilə 1+1 il müddətinə yeni sözləşmə imzalanıb.
27 yaşlı oyunçu bu ilin yanvarından Tovuz təmsilçisində çıxış edir.