“Turan Tovuz” üç futbolçusu ilə müqavilə yeniləyib.

Rekord.az xəbər verir ki, əyalət təmsilçisi qapıçıları Kamal Bayramov və Tərlan Əhmədli, eləcə də müdafiəçi Tərlan Quliyevlə yeni müqavilə bağlayıb.

Hər üç futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Xatırladaq ki, bu oyunçuların hər üçü “Turan Tovuz”a 2022/23 mövsümünün əvvəlində qoşulmuşdu. Adaşlar Tovuz təmsilçisində ilk mövsümlərini keçiriblərsə, Kamal əvvəllər də “Turan Tovuz”da forma geyinib.