“Turan Tovuz” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Ayxan Hüseynov da 1 illik yeni sözləşməyə imza atıb.

Məlumatı Tovuz klubunun mətbuat xidməti yayıb.

“Turan Tovuz”da daha öncə qapıçılar Kamal Bayramov və Tərlan Əhmədli, müdafiəçi Tərlan Quliyevlə də yeni müqavilə imzalandığı açıqlanmışdı.