
“Turan Tovuz”da daha 4 yeni müqavilə
- 18 İyn 2023 14:19
- 348
“Turan Tovuz”da daha 4 futbolçu ilə yeni müqavilə imzalanıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla müqavilənin müddəti daha 1 il artırılıb.
Onlar 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaqlar.
Tovuz klubunda daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyevlə də yeni müqavilə imzalanmışdı.