“Turan Tovuz” “Şamaxı” ilə matça itki ilə çıxacaq
- 08 Apr 2023 15:40
- 474
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 29-cu turunda “Şamaxı”nı qəbul edəcək.
Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi bu oyuna bir itki ilə çıxacaq.
Ötən tur “Sumqayıt”la matçda zədələnən Piruzi Marakvelidze komandasına kömək edə bilməyəcək. Gürcü yarımmüdafiəçi hazırda müalicə olunur. O, 10 günlük müalicə prosesindən sonra məşqlərə başlayacaq.
Sabah keçiriləcək “Turan Tovuz” - “Şamaxı” oyununa saat 16:00-da start veriləcək.