
“Turan Tovuz” meydança problemini həll edə bilmir
- 16 Noy 2022 15:00
- 641
"Turan Tovuz”un stadionla bağlı problemi davam edir.
Rekord.az xəbər verir ki, köhnə süni örtüyün Tovuz Olimpiya Kompleksinin ərazisində döşənəcəyi və bəzi uşaq komandalarının məşq üçün ora göndıriləcəyi gözlənilsə də sözügedən örtük hələ də şəhər stadionunun ərazisində qalıb.
Klub rəhbərliyi rayonun əksər kəndlərini gəzib uşaq komandaları üçün məşq meydançası da axtarır. Qaraxanlı kəndinin meydançası nisbətən münasibdi. Lakin orada da şərair yaratmaq üçün müəyyən vəsait lazımdır ki, indiki halda klubun ehtiyat fondunda vəsait yoxdur.