Yeni sponsorun gəlişi ilə "Turabn Tovuz" infrastrukturla bağlı olan bir sıra problemləri həll etməyi qarşıya məqsəd qoyub.

Rekord.az xəbər verir ki, bunlar ilk növbədə işıqlandırma sistemi, tablo, qarşı tərəfədki tribunadır.

Bu məsələlər içində isə ən birinci həlli gözlənilən tablodur. Çünki stadionda tablo olmadığından oyuna təsadüdə düşən, yaxud oyuna gecikən adam hesabı əyani görə bilmir. Bundan başqa, tablo həm də stadionun üçün mühüm meyar sayılır. İşıqlandırma ilə müqayisədə qiyməti də ucuzdur. Məhz buna görə yeni sponsor yayda tablo məsələsini həll etmək istəyir.