"Turan Tovuz" Xəyal Nəcəfovun karyerasını bu komandada davam etdirməsinin tərəfdarıdır.

Rekord.az xəbər verir ki, bu məqsədlə futbolçuya yeni müqavilə təklif olunacaq.

Qərarı isə futbolçu verəcək.

Qeyd edək ki, Xəyal hazırda "Turan Tovuz"da icarə qaydasında oynayır və müqavilə ilə "Neftçi"yə məxsusdur. Lakin onun yayda "Neftçi" ilə də müqaviləsi başa çatacaq və futbolçu azad agent olacaq. Ona görə indidən istəyi klubla danışıq apara bilər.