Ötən mövsüm "Turan Tovuz"un heyətində çıxış edən Turan Vəlizadə və Şakir Seyidov mövsüm bitəndən sonra müqavilə ilə məxsus olduqları klubların düşərgələrinə qayıdıblar.

Rekord.az xəbər verir ki, Turan "Neftçi"yə, Şakir isə "Sabah"a məxsus futbolçudur.

Lakin Ayxan Abbasov hər iki futbolçunu növbəti mövsümdə də "Turan Tovuz"da görmək istəyir. Əldə etdiyimiz məlumata görə, Tovuz təmsilçisinin rəhbərliyi bu futbolçularla bağlı "Neftçi" və "Sabah" rəhbərliyi ilə danışıqlara başlayacaq.