 
        "Turan Tovuz" avrokuboklara çıxmasa...
- 04 Apr 2025 14:00
- 780
Hazırda futbol ictimaiyyətini düşündürən suallardan biri də "Turan Tovuz"un avrokuboklara vəsiqə qazanmayacağı təqdirdə Kurban Berdiyevin postunda qalıb-qalmayacağı məsələsidir.
Rekord.az-a daxil olan məlumata görə, Tovuz təmsilçisi avrokuboklardan kənar qalsa belə, bu baş məşqçi postuna təsir etməyəcək.
Yəni Berdiyev istənilən halda, yeni mövsümdə də "Turan Tovuz"un başında olacaq.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        