
"Turan Tovuz" aparıcı futbolçularla danışıqlara başlayır
- 13 Fev 2023 14:00
- 693
"Huner Group"la yeni sponsorluq anlaşması imzalayan "Turan Tovuz" indidən növbəti mövsümün planlarını cızmağa başlayıb.
Rekord.az-a daxil olan məlumata görə, əsas hədəf ilk növbədə aparıcı futbolçuları komandada saxlamaqdır.
Buna görə də baş məşqçi Ayxan Abbasovun məsləhət bildiyi futbolçularla yaxın zamanlarda danışıqlar başlanılacaq. Bu futbolçuların başında isə Natan Oduva ilə Runi Eva gedir.