Məlum olduğu kimi, bu yaxınlarda "Turan Tovuz"unm futbol akademiyası açılmışdı. Komanda rəhbərliyi açıqlamışdı ki, akademiyaya Tovuz və ətraf rayonlardan uşaq qəbulu olacaq.

Lakin Rekord.az-a daxil olan son məlumata görə, hazırda heç bir qəbul aparılmır.

Ümumiyyətlə, qəbul məsələsi qeyri-müəyyən müddətə dayandırılıb. Bununla maraqlanan valideynlərə də bir müddət gözləmək məsləhət görülüb. Bəzi vacib məsələlər var ki, AFFA ilə danışılmalıdır.